logo

Azərbaycan-Ukrayna parlament əlaqələri müzakirə edilib

14:14 17-05-2023 | icon 966
Azərbaycan-Ukrayna parlament əlaqələri müzakirə edilib

Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarova Ukrayna Ali Radasının sədr müavini Olena Kondratiukla ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, S.Qafarova ölkələrimiz və xalqlarımız arasında münasibətlərin tarixinin çox dərin olduğunu deyib. Vurğulanıb ki, xalqlarımız uzun illər dostluq şəraitində yaşayıb və bu gün də bu münasibətlər davam edir. Azərbaycan dost ölkələrlə, o cümlədən Ukrayna ilə əlaqələrin inkişafına həmişə böyük diqqət yetirib. Hazırda ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir.

Görüşdə ölkələrimizin qanunverici orqanları arasında da münasibətlərin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan və Ukrayna həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycanla Ukrayna arasında parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.