logo

Bakıda “SHE Congress” beynəlxalq qadınlar konqresi keçirilir

09:49 17-05-2023 | icon 994
Bakıda “SHE Congress” beynəlxalq qadınlar konqresi keçirilir

Mayın 17-də Bakıda “SHE Congress” beynəlxalq qadınlar konqresi öz işinə başlayıb.

YeniAvropa xəbər verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadınların hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Komitə sədri bildirib ki, Şərqdə ilk dəfə 1918-ci ildə Azərbaycanda qadına seçmək və seçilmək hüququ verilib. Bu gün ölkəmizdə sahibkar qadınlarımızın, assosiasiyalarının, cəmiyyətlərinin sayı artır.

Komitə sədri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev qadınların idarəetmədə iştirakına və irəli çəkilməsinə hər zaman önəm verib. Ulu Öndər qadın hüquqlarının müdafiəsini siyasi fəaliyyətinin tərkib hissəsi hesab edib, milli qadın hərəkatının formalaşması, institutlaşması üçün böyük işlər görüb. Bu gün bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev, Azərbaycanda qadın sahibkarlığının inkişafı, qadınların hüquqlarının qorunması istiqamətində bir sıra önəmli sənədlər imzalayıb.