logo

Paşinyan: İrəvan Azərbaycan və Türkiyə ilə münasibətlərə yenidən baxmalıdır

16:14 16-05-2023 | icon 959
Paşinyan: İrəvan Azərbaycan və Türkiyə ilə münasibətlərə yenidən baxmalıdır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərə yenidən baxmaq və vəziyyəti dəyişmək niyyətindədir.

YeniAvropa xəbər verir ki, N.Paşinyan bu barədə Çexiyanın “Respekt” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Ermənistanın Gürcüstan və İran ilə yaxşı münasibətləri var. Lakin İrəvanın Türkiyə və Azərbaycan ilə demək olar ki, heç bir əlaqəsi yoxdur və bunu dəyişdirmək lazımdır.

 “Qonşularla dostluq İrəvanın xarici siyasətinin əsas məqsədidir. Mürəkkəb tariximizə görə biz bəzi qonşularımızla normal münasibət qurmamağı öyrənmişik. Bu vəziyyətin dəyişdirilməsi ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir”,-deyə N. Paşinyan vurğulayıb.