Avropa İttifaqı(Aİ) Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik istiqamətində fəaliyyətini davam etdirir.
YeniAvropa xəbər verir ki, bu fikir Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borel Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünə dair özünün "Twitter" hesabındakı paylaşımında yer alıb.
O xatırladıb ki, görüş zamanı Aİ Şurasının prezidentinin vasitəçiliyi ilə üçtərəfli müzakirələrin yenidən başlanması müsbət qarşılanıb: “Biz həmçinin Aİ-Azərbaycan münasibətlərinə dair fikir mübadiləsi apardıq”.