logo

Sabah Bakıda bədii gimnastika üzrə Avropa çempionatı start götürəcək

10:40 16-05-2023 | icon 2296
Sabah Bakıda bədii gimnastika üzrə Avropa çempionatı start götürəcək

Mayın 17-də Bakıda bədii gimnastika üzrə Avropa çempionatına start veriləcək.

YeniAvropa xəbər verir ki, “Ulduz kimi parla” şüarı ilə keçiriləcək qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq.

Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top, gənclər arasında isə beş ip və beş top proqramında güclərini sınayacaqlar.

Yarışda ölkəmizi böyüklər arasında fərdi növdə Zöhrə Ağamirova və İlona Zeynalova təmsil edəcəklər.

Qrup hərəkətləri proqramında isə böyüklər arasında xalça üzərinə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina çıxacaqlar. Gənclərin yarışında isə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup komandamız mübarizəyə qoşulacaq.

Qeyd edək ki, çempionata mayın 21-də yekun vurulacaq.