logo

Quba və Qusara qar yağıb

09:32 15-05-2023 | icon 1561
Quba və Qusara qar yağıb

Mayın 14-ü axşam saatlarından başlayaraq Quba və Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb. Yağıntı əsasən dəniz səviyyəsindən 2 min metrdən yüksəklikdə yerləşən dağlıq ərazilərə düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Quba rayon İH-dən bildirilib.

Qeyd edilib ki, yaşayış məntəqəsində qarın hündürlüyü 2-3 santimetrə çatır. Hazırda qar yağmaqda davam edir. Dağlıq ərazilərdə temperatur aşağı düşüb.