logo

Azərbaycan Ordusunun mövqeləri artilleriya atəşinə məruz qalır

17:47 11-05-2023 | icon 847
Azərbaycan Ordusunun mövqeləri artilleriya atəşinə məruz qalır

Mayın 11-i saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhəddin bu istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.