Bakıda vətəndaşı döyüb, 8512 manatını əlindən aldılar
Paytaxtın Nəsimi rayonunda yerləşən “pub”dan çıxan şəxsə quldurluq edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nəsimi rayonu ərazisində naməlum şəxslərin bir nəfəri döyərək onun 8512 manat pulunu, sənəd və pul kisəsini ələ keçirmələri barədə polisə məlumat daxil olub. Quldurluq əməlini törətməkdə şübhəli bilinən Xəzər Ələsgərov, Nicat Kərimov, Vüqar İsmayılov və əvvəllər məhkum olunmuş Təhmasib İlyaslı Nəsimi rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri zərərçəkəni Nəsimi rayonunda yerləşən “pub”lardan birində hesabı ödəyən zaman görüblər. Onun cibində pul olduğunu bildikdən sonra isə zərərçəkəni izləyərək quldurluq yolu ilə həmin vəsaitləri ələ keçiriblər. Dəstə üzvləri pulu Xəzər Ələsgərovun Abşeron rayonunda yerləşən evində aralarında bölüblər.
Faktla bağlı idarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İdarə əməkdaşları tərəfindən həmçinin ötən gün narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı da əməliyyatlar keçirilib. Tədbir zamanı daha 4 nəfər – Əmrulla Hüseynov, Fərid Əliyev, Seymur Muxtarlı və İlahə Fərzullayeva saxlanılıblar. Həmin şəxslərdən bir kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər narkotikləri sosial şəbəkələr vasitəsilə onlayn yolla əldə etdiklərini və paytaxt ərazisində narkokuryerliklə məşğul olduqlarını bildiriblər.
Qeyd edilən faktlarla bağlı da Nəsimi rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
“Azercell Telekom”un Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib
Ərdoğan Türkiyə parlamentidə andiçmə mərasimində iştirak edir
Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçirilir
Sabah Bakıda 31° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək
“Neftçi” 11-ci dəfə Azərbaycan kubokunun finalında oynayacaq
Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
Paytaxtdakı Alı Mustafayev küçəsi təmirə bağlanır
Milli Məclis dövlət büdcəsinə nədən yenidən baxır?-Nazirin açıqlaması
İranda həbs edilən Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür-XİN
İyulun 19-da Məhərrəm ayı başlayır
Bu gün Türkiyə parlamenti yeni tərkibdə fəaliyyətə başlayır
Azərbaycan Avropa Paralimpiya Oyunlarında 45 idmançı ilə təmsil olunacaq
Azərbaycanda pul bazası 17 milyard manatı ötür
İstanbulda Türkiyə-Azərbaycan yoldaşlıq görüşü keçiriləcək
Fransa prezidentinin bəyanatı bölgədə sülhə müsbət töhfə vermir-XİN
Dövlət Komitəsi Dünya Bankı ilə qrant sazişi imzalayıb
"AÇG"dən 573 milyon ton neft, 208 milyard m3 qaz hasil edilib
İlham Əliyev İtaliya prezidentini təbrik edib
Co Bayden ayağı büdrəyərək yıxılıb
Ərdoğan iyunun 3-də and içəcək
“Uşaq hüquqlarının qorunması həftəsi” yekunlaşıb
Salyanda ölülərin qızıl dişlərini oğurlayan şəxslər saxlanılıb
Bakıda Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu keçirilir
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Bakıda buz meydançası istifadəyə verilib