İsveçdən olan səyyahların Qarabağa səfəri başlayıb
İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
YeniAvropa xəbər verir ki, beynəlxalq səyahətçilər əvvəlcə Füzuli rayonuna gəliblər. Onlar burada Ermənistanın işğal dövründə törətdiyi dağıntılar və Füzuli rayonu azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən aparılan böyük quruculuq işləri ilə yerində tanış olacaqlar. Dünya səyyahlarının Füzulidə minatəmizləmə prosesini də izləməsi nəzərdə tutulur. İsveçli səyyahlar Füzulidən sonra Xocavənd rayonundakı Azıx mağarası ilə tanış olacaqlar. Daha sonra isə Ağdam şəhərinə, Tərtər rayonunun Talış kəndinə və Suqovuşan qəsəbəsinə səfər nəzərdə tutulur.
Qrupa “Club 100”un İdarə Heyətində təmsil olunan Bengt Hildebrand rəhbərlik edir. Bu nüfuzlu regional klub Skandinaviya əsilli beynəlxalq səyahətçiləri birləşdirməsi ilə tanınır.
Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması üçün müstəsna əhəmiyyət daşıyır. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki Reels” Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 6 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunub. Onlardan biri 2021-ci ildə, dördü 2022-ci ildə, biri-i isə 2023-cü ildə reallaşıb. İsveçdən olan səyahətçilərin səfəri bu qəbildən olan sayca 7-ci səfərdir. İsveçdən gəlmiş heyətə 30-dan çox beynəlxalq səyahətçi daxildir.
Bu səfərlər çərçivəsində dünyada tanınan 200-dən çox səyyah Qarabağ və Şərqi Zəngəzurla tanış olublar.
“Azercell Telekom”un Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib
Ərdoğan Türkiyə parlamentidə andiçmə mərasimində iştirak edir
Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçirilir
Sabah Bakıda 31° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək
“Neftçi” 11-ci dəfə Azərbaycan kubokunun finalında oynayacaq
Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
Paytaxtdakı Alı Mustafayev küçəsi təmirə bağlanır
Milli Məclis dövlət büdcəsinə nədən yenidən baxır?-Nazirin açıqlaması
İranda həbs edilən Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür-XİN
İyulun 19-da Məhərrəm ayı başlayır
Bu gün Türkiyə parlamenti yeni tərkibdə fəaliyyətə başlayır
Azərbaycan Avropa Paralimpiya Oyunlarında 45 idmançı ilə təmsil olunacaq
Azərbaycanda pul bazası 17 milyard manatı ötür
İstanbulda Türkiyə-Azərbaycan yoldaşlıq görüşü keçiriləcək
Fransa prezidentinin bəyanatı bölgədə sülhə müsbət töhfə vermir-XİN
Dövlət Komitəsi Dünya Bankı ilə qrant sazişi imzalayıb
"AÇG"dən 573 milyon ton neft, 208 milyard m3 qaz hasil edilib
İlham Əliyev İtaliya prezidentini təbrik edib
Co Bayden ayağı büdrəyərək yıxılıb
Ərdoğan iyunun 3-də and içəcək
“Uşaq hüquqlarının qorunması həftəsi” yekunlaşıb
Salyanda ölülərin qızıl dişlərini oğurlayan şəxslər saxlanılıb
Bakıda Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu keçirilir
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Bakıda buz meydançası istifadəyə verilib