logo

Milli Məclisin deputatları Türkiyədə seçkiləri müşahidə edəcəklər

11:11 10-05-2023 | icon 1274
Milli Məclisin deputatları Türkiyədə seçkiləri müşahidə edəcəklər

Milli Məclisin bir qrup deputatı prezident və parlament seçkilərini müşahidə etmək üçün mayın 11-də Türkiyənin Ankara və İstanbul şəhərlərinə səfər edəcəklər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Ağalar Vəliyev və Anar Məmmədov TÜRKPA, Azay Quliyev ATƏT PA-nın xətti ilə Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə hazırlıqla tanış olacaq, seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Deputatlar Rafael Hüseynov və Kamal Cəfərov isə qardaş ölkədəki seçkiləri AŞPA-nın xətti ilə müşahidə edəcəklər.