logo

Dövlət sərhədini pozan10 Nepal vətəndaşı saxlanılıb

11:55 08-05-2023 | icon 1141
Dövlət sərhədini pozan10 Nepal vətəndaşı saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin olunmasını və qеyri-lеqal miqrasiyaya qarşı mübarizə tədbirlərini davam еtdirir.

DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, mayın 6-da saat 21:59-da Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər Nepal Federativ Demokratik Respublikası vətəndaşı saxlanılıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla keçmələrinə bələdçilik edən Azərbaycan vətəndaşları Xalid Teymur oğlu Nadirli və Tural Teymur oğlu Ağayev müəyyənləşdirilərək istintaqa cəlb olunub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.