Dünyada koronavirusdan ölənlərin sayı 20 milyona çatır-ÜST
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təqribən 7 milyon ölüm halları barədə məlumat daxil olub. Lakin biz bilirik ki, xəstəlik qurbanlarının sayı daha çoxdur, 20 milyona çatır.
YeniAvropa xəbər verir ki, bu barədə ÜST-nin başçısı Tedros Qebreyesus COVID-19 virusunun daha beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət olmadığı barədə Koronavirus infeksiyası üzrə Komitənin qərarı ilə bağlı brifinqdə deyib.
Onun sözlərinə görə, COVID-19 səhiyyə sahəsində təkcə böhran deyil. Xəstəlik ciddi iqtisadi sarsıntılara gətirib çıxarıb, ÜDM-in trilyonlarla itkisinə səbəb olub, milyonlarla insanı səfalətə düçar edib. Pandemiya sərhədlərin bağlanması, hərəkət üçün məhdudiyyətlərin tətbiqi, təhsildə fasilələr, təcrid, həyəcan və depressiya kimi ciddi sosial sarsıntılar da əmələ gətirib.
“COVID-19 istər ölkələrin daxilində, istərsə də ölkələr arasında siyasi sınma xətlərini aşkara çıxarıb və gücləndirib. Dezinformasiya axını insanlar, hökumətlər və təsisatlar arasında etimadı parçalayıb. Dünyamızda nəhəng bərabərsizlik aşkarlanıb, bununla yanaşı, yoxsul və daha həssas icmalar daha çox əziyyət çəkiblər, vaksin və digər vasitələrə əlçatanlıqda sonuncu olublar”, - deyə Qebreyesus vurğulayıb.
ÜST rəhbərinin sözlərinə görə, artıq bir ildən çoxdur ki, pandemiyanın göstəriciləri aşağı düşür: vaksinasiya nəticəsində əhalinin immuniteti artırılır, ölüm halları azalır, səhiyyə sistemlərinin yüklənməsi zəifləyir. Onun fikrincə, bu meyillik ölkələrin əksəriyyətinə əvvəlki, COVID-19 pandemiyasına qədər tanıdığımız həyata qayıtmaq imkanı verib.
Lakin ÜST-nin Baş direktoru xəbərdar edib ki, təhlükəsizlik səviyyəsinin azalması COVID-19 virusunun səhiyyə üçün daha qlobal təhdid olmaması anlamını vermir.
“Ötən həftə koronavirus hər 3 dəqiqədən bir insan həyatına son qoyub və bu, bizə məlum olan ölüm hallarıdır. Bu gün burada danışdıqca dünyada yüzlərlə insan intensiv müalicə şöbələrində öz həyatı uğrunda mübarizə aparır. Üstəlik milyonlarla insan COVID-19-dan sonrakı vəziyyətin üzücü fəsadları ilə yaşamaqda davam edir”, - deyə Qebreyesus xəbərdar edib.
O vurğulayıb ki, virus təkcə öldürmür, dəyişməkdə davam edir. Bu isə o deməkdir ki, xəstəlik və ölüm hallarının yenidən baş qaldırmasına səbəb olacaq yeni variantların əmələ gəlmə riski qalır.
T.Qebreyesus daha sonra əlavə edib: “İndi hər bir ölkənin edəcəyi ən pis hərəkət – bugünkü xəbərdən sayıqlığı zəiflətmək, qurduğu sistemləri dağıtmaq üçün əsas kimi istifadə etmək, yaxud da öz xalqına “COVID-19 barədə daha narahat olmağa dəyməz” kimi müraciət ünvanlamaqdır. Bugünkü məlumat o deməkdir ki, ölkələrin fövqəladə vəziyyət rejimindən COVID-19 və digər yoluxucu xəstəliklərlə mübarizəyə keçmək vaxtıdır”. O əlavə edib ki, əgər koronavirus infeksiyası ilə bağlı vəziyyət dəyişərsə, o halda ÜST Komitəsi yeni təhdidləri nəzərdən keçirməkdən ötrü yenidən toplaşacaq.
Ekspertlərin qərarı ilə ÜST-də COVID-19-a qarşı mübarizə üzrə uzunmüddətli daimi tövsiyələrin işlənib hazırlanması üçün Komitə yaradılacaq.
Qırğızıstan dövlət bayrağını dəyişdirir
Bakıda “Yeni media mühitində təhsil və məşğulluq imkanları” adlı konfrans keçirilib
Bakı yenidən Beynəlxalq Sığorta Forumuna ev sahibliyi edəcək
Ekoloji qaydaların pozulması hallarının qarşısı alınıb
UEFA Çempionlar Liqası: Bu gün 1/8 finalın daha üç iştirakçısı bəlli olacaq
Respublika fənn olimpiadaları keçiriləcək
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Azərbaycan nefti 85,77 dollara satılır
21 yaşlı nəvəsi tərəfindən bıçaqlanan baba aparıldığı xəstəxanada öldü
Serbiya prezidenti Azərbaycan şirkətinin layihələndirdiyi yolun təməlini qoyub
Azərbaycanla Türkmənistan “Dostluq” yatağının birğə istismarını müzakirə edib
Azərbaycan və Gürcüstan universitetləri əməkdaşlıq edəcək
Ödənişli yolun Xaçmazdan keçən hissəsində qəza: 2 nəfər ölüb
Zaqatalada nəvə babasına bıçaqladı
SOCAR Özbəkistanda kimyəvi məhsullar istehsal edəcək
Özbəkistan-Azərbaycan QHT-lərinin əməkdaşlıq forumu gələn il qardaş ölkədə keçiriləcək
Bakıda Orta Dəhliz üzrə tarif siyasəti müzakirə olunub
Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində avtobusların hərəkəti dəyişdirilib
SOCAR-ın Türkmənistanda nümayəndəliyi açılıb
Azərbaycan və Özbəkistan QHT-lərinin bir-birini dəstəkləməsi vacibdir-Aygün Əliyeva
Cari ildə 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb
Milli Məclis Ermənistan parlamentinin spikerinin açıqlamasına münasibət bildirib
Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığı müzakirə edib
"Muğanbank"ın əmanətçilərinə 65 milyon manat kompensasiya ödənilib