logo

Ermənilər Laçında mühəndis işləri görən traktorumuzu atəşə tutub

15:55 05-05-2023 | icon 1316
Ermənilər Laçında mühəndis işləri görən traktorumuzu atəşə tutub

Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.