logo

AQTA “Araz su”nın istehsalını dayandırdı

10:50 05-05-2023 | icon 2009
AQTA “Araz su”nın istehsalını dayandırdı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, kütləvi informasiya vasitələrində yayımlanan məlumat əsasında Bakının Yasamal rayonunda Z.Xəlilov küçəsi, ev 3 ünvanında fiziki şəxs Seyfulla Rəvxan oğlu Həsənəliyevə məxsus “Araz su” içməli su emalı müəssisəsində yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə mərkəzləşdirilmiş su sistemindən gələn suların (əhaliyə verilən su) filtr edilməklə qablaşdırılmasının həyata keçirildiyi, qida sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilən nöqsanlarla bağlı müəssisədə suyun emalının qadağan olunması və qablaşdırılmış suların satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib və müəssisənin rəhbəri barəsində protokol tərtib olunub. Eyni zamanda, “Araz su” əmtəə nişanlı içməli sudan nümunələr götürülərək müayinələrin aparılması üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.