logo

Azərbaycan və Ermənistan davamlı sülh sazişinə doğru ciddi irəliləyiş əldə ediblər-Blinken

22:22 04-05-2023 | icon 959
Azərbaycan və Ermənistan davamlı sülh sazişinə doğru ciddi irəliləyiş əldə ediblər-Blinken

“Azərbaycan və Ermənistan davamlı sülh sazişinə doğru ciddi irəliləyiş əldə ediblər”.

YeniAvropa xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib.

“Azərbaycan və Ermənistan arasında sülh razılaşması əldə edilə bilər, lakin son mərhələ həmişə ən çətin olanıdır”-deyə, o bildirib. Bayden əlavə edib ki, ABŞ dialoq yolunu təklif etməyə davam etməkdən məmnundur:

“Hər iki tərəf son bir neçə gündə bəzi çox çətin məsələləri müzakirə edib və davamlı sülh sazişi üzərində nəzərəçarpacaq irəliləyiş əldə ediblər. Sülh sazişinin əldə edilməsi təkcə tarixi hadisə deyil, həm də Azərbaycan və Ermənistan xalqlarının maraqlarına cavab verəcək və hətta iki ölkənin hüdudlarından kənarda da çox müsbət nəticələr verəcəkdir. Düşünürəm ki, danışıqların sürəti və həmkarlarımızın qurduğu təməl onu göstərir ki, biz həqiqətən razılığa gəlmək ərəfəsindəyik.