logo

Hərbçilərimiz “Anadolu Qartalı-2023” beynəlxalq  təlimində iştirak edir

16:11 04-05-2023 | icon 812
Hərbçilərimiz “Anadolu Qartalı-2023” beynəlxalq  təlimində iştirak edir

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2023” beynəlxalq taktiki-uçuş təliminin əsas mərhələsi başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimin ilkin mərhələsində təyin olunmuş plana uyğun olaraq uçuşlar zamanı təhlükəsizlik qaydaları və qarşıya qoyulan tapşırıqlar çatdırılıb.

Ssenariyə əsasən əvvəlcə şərti düşmənin hava hücumundan müdafiə vasitələri susdurulub.

Hava üstünlüyü əldə edildikdən sonra təyyarələrimiz müxtəlif döyüş təyyarələri ilə birgə şərti düşmənin hava məkanına daxil olaraq yuxarı hündürlükdə döyüş manevrləri etməklə qarşı tərəfin yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları icra ediblər.

Təlimin birinci günündə qarşıya qoyulan tapşırıqlar pilotlar tərəfindən uğurla yerinə yetirilib.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2023” beynəlxalq təlimində iştirak edir. tmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.

Azərbaycan, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və İngiltərə nümayəndələrinin iştirakı ilə keçiriləcək beynəlxalq təlim mayın 23-dək davam edəcək.