logo

İlham Əliyev Zəngilan rayonuna səfər edib

13:33 04-05-2023 | icon 805
İlham Əliyev Zəngilan rayonuna səfər edib

Prezident İlham Əliyev mayın 4-də Zəngilan rayonuna səfər edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı Zəngilan şəhərində Konqres Mərkəzinin tikintisi ilə tanış olub, inzibati binanın təməlini qoyub.

Prezident İlham Əliyev daha sonra rayonda  “Azərenerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub, otel kompleksinin, 91 çarpayılıq Zəngilan rayon Mərkəzi Xəstəxanasının və Cahangirbəyli kəndinin təməlini qoyub.