logo

Azərbaycanda daha 46 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

15:30 03-05-2023 | icon 4347
Azərbaycanda daha 46 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 46 yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 min 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 953 nəfər müalicə olunaraq sağalıb, 10 min 250 nəfər vəfat edib. Aktiv xəstə sayı 257 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1471, bu günə qədər isə ümumilikdə 7 milyon 593 min 644 test icra olunub.