logo

"Bakcell" "Formula 1"in ən sürətli anlarını təqdim edir!

18:48 29-04-2023 | icon 784
"Bakcell" "Formula 1"in ən sürətli anlarını təqdim edir!

Bakıda keçirilən "Formula 1" yarışıarı çərçivəsində sürət həvəskarları Azərbaycanın ən sürətli mobil şəbəkəsini sınaqdan keçirə bilirlər.

YeniAvropa xəbər verir ki, "Azneft" dairəsi ərazisində qurulmuş "Bakcell" zonasında şirkət sürət və əyləncəni bir araya gətirib. Yarış günləri ərzində şirkətin stendini ziyarət edən azarkeşlər "Bakcell"in ultra-sürətli şəbəkəsinin üstünlükləri ilə tanış olurlar.

"Bakcell" tribunası və tribunanın ətrafında yerləşən "Bakcell" əyləncə zonası qonaqların böyük marağına səbəb olub, bu nüfuzlu idman yarışının ən populyar və ziyarət olunan guşəsinə çevrilib.

Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran Prisi aprel ayının 30-na kimi davam edəcək. Sürət və əyləncəni bir araya gətirən Bakcell stendi bu günlər ərzində yarış həvəskarlarına xidmət göstərəcək.

file..0.1-02..

file..0.1-01..

file..0.1-03..