logo

Beynəlxalq konfransın iştirakçıları Qarabağa səfər edib

10:30 03-05-2023 | icon 1169
Beynəlxalq konfransın iştirakçıları Qarabağa səfər edib

Bakıda ADA Universitetində keçirilən ilk sessiyadan sonra Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” adlı beynəlxalq konfransın iştirakçılarının Qarabağa səfəri başlayıb. 

YeniAvropa xəbər verir ki, bu gün səhər konfrans iştirakçıları  Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

Buradan onlar Şuşaya səfər edəcəklər. 

Konfransın ikinci sessiyası Şuşa şəhərində keçiriləcək.

Qeyd edək ki, konfransda iştirak etmək üçün dünyanın 30-dan çox ölkəsindən 60-a yaxın alim və ekspert Azərbaycana gəlib.