logo

“Bank Standard”ın daşınmaz əmlakı açıq hərracda satılacaq

16:16 02-05-2023 | icon 1295
“Bank Standard”ın daşınmaz əmlakı açıq hərracda satılacaq

Mayın 11-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan QSC “Bank Standard” Kommersiya Bankının balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan YeniAvropa-ya bildirilib ki, daşınmaz əmlak Sumqayıt şəhəri, 5-ci mikrorayonda istifadədə olan 0,09 hektar torpaq sahəsində yerləşən 6/33 nömrəli 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən ü/s 31,96 kvadratmetr olan 1 otaqlı, 2 nömrəli mənzildir. Daşınar əmlakların ilkin satış qiyməti 30 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27. (“AVİS” aptekin arxası).