logo

Ukrayna ordusu 8 briqada ilə əks-hücuma hazırlaşır

15:15 02-05-2023 | icon 2471
Ukrayna ordusu 8 briqada ilə əks-hücuma hazırlaşır

Ukraynanın daxili işlər naziri İqor Klimenko Rusiya ordusuna qarşı əks-hücum üçün 8 briqada yaradıldığını bildirib.

YeniAvropa xəbər verir ki, “İnterfaks-Ukraina” agentliyinə müsahibəsində Klimenko Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxarmaq məqsədilə hazırlıq getdiyini, əks-hücum əməliyyatları üçün yeni briqadalar təşkil olunduğunu söyləyib.

Nazir briqadaların silahla təchiz edildiyini vurğulayaraq deyib: "Biz əlavə komandalar yaratmağı planlaşdırırq, çünki buna tələbat var və imkanlarımız yetərincədir". Onun sözlərinə görə, yeni briqadalar 2-3 həftəlik təlim keçəcək, onların vəzifəsi əks-hücum zamanı müdafiə qüvvələri ilə birlikdə hərəkət etməkdir.

İqor Klimenko qeyd edib ki, döyüş tapşırığı verildikdən sonra briqadalar müdafiə qüvvələrinin komandanlığı altına keçəcək.