logo

Azərbaycana 300 milyard dollara yaxın investisiya qoyulub

13:31 02-05-2023 | icon 1309
Azərbaycana 300 milyard dollara yaxın investisiya qoyulub

Azərbaycana indiyədək 300 milyard dollara yaxın investisiya qoyulub

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Ş.Mövsümov, həmçinin “Əsrin müqaviləsi”nin əhəmiyyətindən, Bakı-Tbilisi- Ceyhan layihəsindən və Azərbaycanın təşəbbüskarı olduğu nəhəng nəqliyyat dəhlizləri layihələrindən önəmindən bəhs edib.

“Azərbaycan alternativ enerji resurslarını paylaşan ölkədən tranzit ölkəyə çevrilib”, - deyə Şahmar Mövsümov vurğulayıb.