logo

İƏT dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb

10:50 18-03-2023 | icon 1820
İƏT dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb

İƏT Xarici İşlər Nazirləri Şurası dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb.

YeniAvropa xəbər verir ki, bu barədə martın 16-17-də Mavritaniyanın paytaxtı Nuakşot şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyasında qəbul olunmuş qətnamədə bildirilir.

“1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı qətnamədə 1992-ci il fevralın 26-da Xocalıda Azərbaycan mülki əhalisinə qarşı törədilmiş kütləvi qırğın pislənilir, dünya birliyi bu qırğını soyqırımı, insanlıq əleyhinə cinayət və müharibə cinayəti olaraq qəbul edilməyə çağırılır və “Xocalıya ədalət” ictimai kampaniyasına dəstək ifadə olunur.