logo

BMT-nin Ətraf Mühit Proqramı Azərbaycandakı QHT-lərlə əməkdaşlığa hazırdır

19:11 17-03-2023 | icon 497
BMT-nin Ətraf Mühit Proqramı Azərbaycandakı QHT-lərlə əməkdaşlığa hazırdır

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa Ofisinin direktoru xanım Silviya Motardla görüşüb.

YeniAvropa xəbər verir ki, görüşdə Agentliyin dəstəyi ilə ətraf mühitin mühafizəsi sahəsində qeyri-hökumət təşkilatlarının icra etdiyi layihələr haqqında məlumat verən Aygün Əliyeva bu istiqamətdə beynəlxalq dəstəyin olduqca vacib olduğunu vurğulayıb. O bildirib ki, ətraf mühitin mühafizəsi sahəsi son illərdə ölkəmiz üçün daha da aktuallaşıb. Belə ki, işğaldan azad olunan ərazilərimizdə 30 il ərzində flora və faunaya vurulan zərbələr, eyni zamanda, çayların çirkləndirilməsi ekoloji problemlər yaradıb. Bu səbəbdən BMT-nin müxtəlif ekspertlərinin yerli QHT-lərlə birlikdə bu ərazilərdə monitorinq proseslərinin keçirilməsi aktuallığının olduğunu vurğulayıb.

Silviya Motard Agentliyin fəaliyyətinin ətraf mühitin qorunması sahəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirilib ki, BMT-nin Ətraf Mühit Proqramı mütəmadi olaraq QHT-lər üçün proqramlar həyata keçirir. Xanım direktor bu istiqamətdə Azərbaycanda fəaliyyət göstərən QHT-lərlə də əməkdaşlığa hazır olduqlarını vurğulayıb.