Rusiya ilə sərhəddə “Xanoba” gömrük buraxılış məntəqəsi istifadəyə verilib
Martın 17-də Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsi istifadəyə verilib. “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində tikinti işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən həyata keçirilib.
YeniAvropa xəbər verir ki, açılış mərasimində Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Dağıstan Respublikası Hökumətinin sədri Abdulmüslüm Abdulmüslümov və digər rəsmi şəxslər iştirak ediblər.
İki ölkənin dövlət sərhədində yerləşən “Samur” və "Yaraq-Qazmalar” gömrük-keçid məntəqələrində olan nümayəndə heyətinin üzvləri sərhədkeçmə prosesləri, buraxılış qabiliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.
Sonra “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində yenidən inşa edilən infrastrukturun açılışı olub. Nümayəndə heyətlərinin üzvlərinə məlumat verilib ki, layihənin ümumi sahəsi 6,85 hektar, yaşıllıq əraziləri 3331 kvadratmetr, tikililərin sahəsi 20 min 104 kvadratmetr, buraxılış məntəqəsinin sahəsi isə 22 min kvadratmetrdir.
Açılış mərasimində çıxış edən Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev iki ölkə arasında bütün sahələrdə səmərəli və işgüzar əməkdaşlığın qurulduğunu, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiya Federasiyası ilə iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini, nəticədə ötən il ticarət dövriyyəsinin 3.7 milyard dollara çatdığını bildirib. Şimal-Cənub nəqliyyat dəhlizi üzrə ölkələrimiz arasındakı səmərəli əməkdaşlıqdan, Azərbaycan tərəfinin yol infrastrukturunun yenidən qurulması, logistika imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Ş.Mustafayev yenidən inşa olunan “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi, yükdaşımaların artırılması, nəqliyyat və sərnişin axınının səmərəli şəkildə tənzimlənməsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov beynəlxalq standartlara uyğun inşa edilən, Şimal-Cənub beynəlxalq dəhlizi üzərində yerləşən “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinin hər iki ölkənin idxal-ixrac imkanlarını daha da genişləndirəcəyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan və region üçün strateji əhəmiyyətə malik olan “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinin əhəmiyyəti daha da artacaq.
Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk çıxışında bildirib ki, 2022-ci ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi təxminən 4 milyard dollaradək artıb. Bu o deməkdir ki, əlaqələrimizin möhkəmləndirilməsi və inkişafı ölkələrimiz üçün qarşılıqlı maraq doğurur.
“Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində gün ərzində həristiqamət üzrə 550-dən artıq yük və 1000-dən artıq minik nəqliyyat vasitəsinin, 30-dan artıq avtobusun və 5000 nəfərədək fiziki şəxsin gömrük sərhədindən keçidi nəzərdə tutulub.
Dövlət sərhədindən buraxılış məntəqəsində nəqliyyat vasitələrinin hərəkəti üçün 13 keçid xətti müəyyən olunub ki, bu da yük, avtobus, minik nəqliyyat vasitələri üzrə sərhəd və gömrük nəzarətinin sürətli qaydada aparılmasına əlverişli şərait yaradır. Nəqliyyat vasitələrinin sərhəd və gömrük qeydiyyatı, eləcə də ilkin baxış buraxılış məntəqəsində aparılacaq, digər zəruri rəsmiləşdirmə əməliyyatları terminalda həyata keçiriləcək.
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan Avropa Şurasının daha bir konvensiyasını imzalayıb
Ağır atletlərimiz dünya çempionatına yollanır
13 cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində iştirak edəcək
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 100-cü günü
21 mart Beynəlxalq Novruz Günüdür
Azərbaycana bahar gəldi
Arvadını öldürdü, sonra da könüllü təslim oldu
Azərbaycan QHT-lərinin BMT tədbirlərində iştirakı müzakirə edilib
Şuşaya ilk turist səfəri təşkil olunub
İlham Əliyev Tərtərin Talış kəndində Novruz tonqalını yandırıb və xalqa müraciət edib
Sabah Bakıda şimal küləyi əsəcək, 18° isti olacaq
Bakıdan Qəbələyə ilk sürətli sərnişin qatarı yola düşüb
Ötən ay Azərbaycandan 6,4 milyon ton neft nəql olunub
Mehriban Əliyeva Tərtərin Talış kəndindən paylaşım edib
Ermənistan ATƏT-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu pisləyən bəyanatın qəbuluna mane olub
DSX sərhəddəki tıxaclara aydınlıq gətirib
Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək