logo

Əhalinin banklardakı əmanətləri 12 milyon manata çatır 

13:33 17-03-2023 | icon 1260
Əhalinin banklardakı əmanətləri 12 milyon manata çatır 

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 23,8 faiz artaraq fevralın 1-nə milli valyuta ekvivalentində 11 milyon 928,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, əmanətlərin 61,2 faizi milli, 38,8 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,8 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 22,2 faiz artıb.

Fevral ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,82 (1,83) manata, 100 Türk lirəsinə 9,02 (9,04) manata, 100 rus rubluna 2,32 (2,37) manata bərabər olub.