logo

İlin sonunadək laçınlıların ilk qrupu doğma yurdlarına yerləşdiriləcək

13:13 17-03-2023 | icon 1491
İlin sonunadək laçınlıların ilk qrupu doğma yurdlarına yerləşdiriləcək

Cari ilin sonuna qədər laçınlıların birinci qrupunun rayonda yerləşdirilməsi planlaşdırılır. Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşacağı nəzərdə tutulur.

YeniAvropa xəbər verir ki, bu sözləri baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı söyləyib.

Baş nazir qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına son iki ildə dövlət büdcəsindən ümumilikdə 6,5 milyard manat vəsait yönəldilib.

Bildirilib ki, hesabat ilində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının vahid enerji şəbəkəsinə qoşulması təmin olunub. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilib.