logo

QHT Agentliyinin nümayəndələri Azərbaycanın Cenevrədəki BMT Bölməsində olub

12:12 17-03-2023 | icon 1015
QHT Agentliyinin nümayəndələri Azərbaycanın Cenevrədəki BMT Bölməsində olub

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti Azərbaycan Respublikasının Cenevredəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyində olub.

YeniAvropa xəbər verir ki, Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Qalib İsrafilov BMT-nin 52-ci insan hüquqları sessiyasında yerli QHT-lərin təmsilçiliyinin və fəallığının əhəmiyyətli olduğunu, qurumun müxtəlif strukturları tərəfindən vətəndaş cəmiyyəti nümayəndələrinin fəallığının diqqətdə saxlanıldığını bildirib.

Daha sonra çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva BMT-nin təsisatları və digər nizamnamə orqanları ilə əməkdaşlığın Agentlik üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. O, vətəndaş cəmiyyəti təsisatlarının qeyd olunan tədbirlər çərçivəsində iştirakının davamlı olması üçün sistemli iş aparılmasının vacibliyindən, beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün qarşıda duran hədəflərdən bəhs edib.