logo

Bakının bir hissəsində istilik təchizatı kəsilib

19:20 16-03-2023 | icon 966
Bakının bir hissəsində istilik təchizatı kəsilib

Bakı şəhərinin Əhmədli qəsəbəsinin bir hissəsinin istilik təchizatında qəza ilə bağlı müvəqqəti fasilə yaranıb.

"Azəristiliktəchizat" ASC-dən YeniAvropa-ya bildirilib ki, Əhmədli qəsəbəsinin bir hissəsini istilik enerjisi ilə təchiz edən magistral istilik xəttində qəza baş verib. Qəzanın operativ olaraq aradan qaldırılması üçün lazımi işçi qüvvəsi və xüsusi texnikalar səfərbər edilib, onun ən qısa zamanda aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülməkdədir.