logo

Azərbaycanın “Qızıl fond”u yaradılır

17:11 16-03-2023 | icon 994
Azərbaycanın “Qızıl fond”u yaradılır

AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri Fariz İmranov Azərbaycanın dahi şəxsiyyətləri, görkəmli alimləri, mütəfəkkirlərinə həsr olunan “Qızıl fond”un yaradılmasını təklif edib.

YeniAvropa xəbər verir ki, AMEA-nın Ümumi yığıncağında çıxış edən Fariz İmanov fondda seçilmiş video və audio resursların, kitab, məqalə, məruzələrin toplanılmasının, əməkdaşların elektron məlumat-biblioqrafiya bazasının yaradılmasının nəzərdə tutulduğunu deyib.

Fariz İmanov elektron elmi informasiya mübadiləsinin təşkilində elektron kitabxana sisteminin fəaliyyətinin təkmilləşdirilməsi, bir sıra bazalara abunəçiliyin əhəmiyyətini də qeyd edib.