logo

Maştağa qəsəbəsində qətl törədilib

09:48 16-03-2023 | icon 1106
Maştağa qəsəbəsində qətl törədilib

Martın 16-da saat 01 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində 1993-cü il təvəllüdlü Əli Seyidlinin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən YeniAvropa-ya bildirilib  ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.