Azərbaycan və Türkiyə xanımlarının əl işlərindən ibarət xeyriyyə sərgisi keçirilib
Martın 15-də Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Azərbaycan və Türkiyə xanımlarının əl işləri xeyriyyə sərgisi təşkil edilib.
YeniAvropa xəbər verir ki,sərgidə məqsəd fevral ayında qardaş Türkiyədə baş verən və əsrin fəlakəti adlandırılan dəhşətli zəlzələdə zərər görən insanlara dəstəkdir.
Tədbirdə əvvəlcə zəlzələdə həyatlarını itirənlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın dövlət himni və Türkiyə Cümhuriyyətinin istiqlal marşı səsləndirilib.
Sərginin açılış mərasimində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim bildirib ki, ənənəvi xeyriyyə sərgisinə Azərbaycan xalqının marağı yüksək səviyyədədir. Bizim mədəniyyətimiz xeyriyyəçilik mədəniyyətidir. Bu ruhla hərəkət edən azərbaycanlı və türkiyəli xeyriyyəçi xanımlar 19 ildir bu layihələrdə iştirak edirlər.
Ahmet Tecim layihələrin “Xocalıya Yardım", "Qarabağ Suallar və Faktlar" kitabının nəşri, "Yeddi Uşaq Evinə Yardım", "Qocalar Evinə Yardım", "Uşaqlar Arasında Dişlərə Qulluq Mədəniyyətinin Formalaşması", "Qarabağ Suallar və Faktlar" kitabının türk dilində nəşri, “25 əlilə əlil arabası”, “50 imkansız tələbəyə bir illik təqaüd”, “Yüz imkansız ailəyə bir illik ərzaq yardımı”, “101 Arzunu Gerçəkləşdir”, “101 Ehtiyac Sahibi Ailəyə Yardım”, “Körpələri Sevindirək”, “Ümidsizlərin Ümidi Ol”, “Bir Həyata Yol Ver”, “Şəhidlərimizin Övladları Bizə Əmanətdir”, “100 İllik Əmanət”, “Qardaşlığımız Əbədidir”, “Könüllü Ol, Bir Həyat da Sən Dəyiş”, Sabahlara Ümid Ol”, “Kitabın İşığın Olsun”, “Əmanətə Sahib Çıx” kimi mövzulara həsr olduğunu deyib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı builki xeyriyyə sərgisindən əldə olunacaq vəsaitin Gəncliyə Yardım Fondunun Qardaş Köməyi Platforması ilə birgə həyata keçirdiyi “Qardaşın acılarına qardaş olaq” layihəsində istifadə olunmasının planlaşdırıldığını bildirib. O qeyd edib ki, Türkiyə bu yaraları sağaldacaq gücdədir. Bu acılar bir tərəfdən də millət olaraq birliyimizi, qardaşlığımızı daha da möhkəmləndirir.
Qeyd edək ki, sərgi üç gün davam edəcək.
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan Avropa Şurasının daha bir konvensiyasını imzalayıb
Ağır atletlərimiz dünya çempionatına yollanır
13 cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində iştirak edəcək
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 100-cü günü
21 mart Beynəlxalq Novruz Günüdür
Azərbaycana bahar gəldi
Arvadını öldürdü, sonra da könüllü təslim oldu
Azərbaycan QHT-lərinin BMT tədbirlərində iştirakı müzakirə edilib
Şuşaya ilk turist səfəri təşkil olunub
İlham Əliyev Tərtərin Talış kəndində Novruz tonqalını yandırıb və xalqa müraciət edib
Sabah Bakıda şimal küləyi əsəcək, 18° isti olacaq
Bakıdan Qəbələyə ilk sürətli sərnişin qatarı yola düşüb
Ötən ay Azərbaycandan 6,4 milyon ton neft nəql olunub
Mehriban Əliyeva Tərtərin Talış kəndindən paylaşım edib
Ermənistan ATƏT-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu pisləyən bəyanatın qəbuluna mane olub
DSX sərhəddəki tıxaclara aydınlıq gətirib
Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək