logo

Prezident Anarı "Əmək" ordeni ilə təltif etdi

11:31 15-03-2023 | icon 1155
Prezident Anarı "Əmək" ordeni ilə təltif etdi

Prezident İlham Əliyev martın 15-də Azərbaycan Yazıçılar Birliyinin sədri. xalq yazıçısı Anarın ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: " Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Anar Rəsul oğlu Rzayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Anar Rəsul oğlu Rzayev 14 mart 1938-ci ildə Bakıda anadan olub. Ötən gün onun 85 yaşı tamam olub.