logo

MDB Gənclər Parlamentlərarası Assambleyasının iclası keçiriləcək

14:44 14-03-2023 | icon 1078
MDB Gənclər Parlamentlərarası Assambleyasının iclası keçiriləcək

Milli Məclisin deputatı Emin Hacıyev MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının 20-ci iclasında iştirak etmək üçün martın 15-dən 17-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib  ki, tədbirdə “Gənclər siyasəti sahəsində termin və anlayışlar lüğətinin hazırlanması”, “Müasir zamanda gənclərin parlament strukturlarının fəaliyyəti” mövzularında, habelə “Birlik Gəncləri” Elektron kitabxanası” layihəsi ilə bağlı müzakirələr aparılacaq və digər aktual məsələlərə baxılacaq.

Milli Məclisin deputatı Emin Hacıyev yığıncaqda çıxış edəcək.