logo

Berlində Azərbaycan və Almaniya prezidentlərinin  təkbətək görüşü olub

14:28 14-03-2023 | icon 1113
Berlində Azərbaycan və Almaniya prezidentlərinin  təkbətək görüşü olub

Martın 14-də Azərbaycan prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Prezident İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.