BP və DİN Nəsimi rayonundakı silahlı insidentlə bağlı məlumat yayıb
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Nəsimi rayonunda baş vermiş silahlı insidentlə bağlı birgə məlumat yayıb.
YeniAvropa xəbər verir ki, məlumatda deyilir:
“Xəbər verildiyi kimi martın 10-u saat 14 radələrində paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq aparılır.
Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində digər şəxslərlə qabaqcadan əlbir olan 1995-ci il təvəllüdlü Şahmar İsmayılov və 1998-ci il təvəllüdlü Vüqar Quliyevin şəxsi münasibətlər zəminində Nicat Əkbərovu öldürmək məqsədilə qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov və 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Şahmar İsmayılov və Vüqar Quliyev Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 228.2.1 (qanunsuz olaraq odlu silah əldə etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Hadisə yerinə və cinayəti törətməkdə şübhəli bilinən şəxslərin idarə etdiyi avtomobilə baxış keçirilərkən 1 ədəd tapança, patron və gilizlər, eləcə də iş üzrə əhəmiyyət kəsb edən digər sübutlar aşkar edilərək götürülüb.
Cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur”.
“İraero” şirkəti də Ufa-Bakı aviareysinə başlayır
Cüdoçularımız Tbilisi "Böyük dəbilqə"sində 2 medal qazanıblar
Sabah Bakıda 21° isti olacaq
Azərbaycan və Türkiyə XİN başçıları regional vəziyyəti müzakirə ediblər
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Bu gün Bakıda “Qarabağ”la “Qalatasaray” arasında xeyriyyə matçı keçiriləcək
Bərdədə pulemyot satan şəxs həbs olunub
Türkmənistanda parlament seçkiləri keçirilir
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 105-ci günü
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Misir prezidenti İlham Əliyevə zəng edib
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 103-cü günü
Üstündə “Kalaşnikov” gəzdirən Ağcabədi sakini həbs edilib
Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib
Bu gün “EURO-2024”ün seçmə mərhələsinə start veriləcək
Yardımlıdan Bakıya 4 kq narkotika gətirərkən yaxalandı
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 102-ci günü
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb