Sahibə Qafarova Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) İkinci Konfransında və Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında iştirak etmək üçün Bəhreyn Krallığında işgüzar səfərdədir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənYeniAvropa-ya bildirilib ki, Sahibə Qafarova Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında “Dinc birgəyaşayışın və inklüziv cəmiyyətlərin təşviqi: dözümsüzlüklə mübarizə” mövzusunda çıxış edib.
Milli Məclisin sədri dözümsüzlüyün aradan qaldırılması, dinc birgəyaşayışa və inklüziv cəmiyyətlərə nail olunması yolları ilə bağlı fikirlərini bölüşüb. O, dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun, multikulturalizmin mərkəzlərindən biri kimi qəbul edilən Azərbaycanın təcrübəsindən söz açıb. Diqqətə çatdırılıb ki, multikulturalizm xalqımız üçün bir həyat tərzidir, eyni zamanda bu, dövlət siyasətidir.
Hazırda qaçqın və məcburi köçkün probleminin ən əsas və ən çox narahatlıq doğuran məsələlərdən biri olduğunu vurğulayan Milli Məclisin spikeri bu məsələnin bir çox hallarda sülh və təhlükəsizliyin pozulması ilə əlaqəli olduğunu qeyd edib. Beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin öz qonşusu Ermənistan tərəfindən 30 il əvvəl işğal edilməsi ilə Azərbaycan bunun bilavasitə şahidi olub. Diqqətə çatdırılıb ki, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı işğal olunmuş ərazilərdən məcburi köçkün və Ermənistandan qaçqın vəziyyətinə düşüb. İşğal illərində Ermənistan bütün şəhər və kəndlərimizi yerlə yeksan edib, Azərbaycanın bütün tarixi, mədəni və dini obyektlərini vandalizmə məruz qoyub.
Azərbaycan parlamentinin rəhbəri bildirib ki, işğal illərinin acı nəticələrinə baxmayaraq, 2020-ci ildə ərazilərinin işğaldan azad edilməsindən dərhal sonra, məhz Azərbaycan sülh gündəliyi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması təşəbbüsü ilə çıxış edib. Buna baxmayaraq, Ermənistan beynəlxalq ictimaiyyəti yalan məlumatlarla çaşdırmaqla yanaşı, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və Azərbaycan ərazisinə qanunsuz şəkildə silah-sursatın, minaların daşınmasını, şəxsi heyətin rotasiyasını davam etdirir.
Qeyd edək ki, Milli Məclisin sədri bu gün, həmçinin Assambleya çərçivəsində keçirilən İdarəetmə Şurasının iclasında da iştirak və çıxış edib.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Misir prezidenti İlham Əliyevə zəng edib
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 103-cü günü
Üstündə “Kalaşnikov” gəzdirən Ağcabədi sakini həbs edilib
Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib
Bu gün “EURO-2024”ün seçmə mərhələsinə start veriləcək
Yardımlıdan Bakıya 4 kq narkotika gətirərkən yaxalandı
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 102-ci günü
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan Avropa Şurasının daha bir konvensiyasını imzalayıb
Ağır atletlərimiz dünya çempionatına yollanır
13 cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində iştirak edəcək
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 100-cü günü
21 mart Beynəlxalq Novruz Günüdür
Azərbaycana bahar gəldi
Arvadını öldürdü, sonra da könüllü təslim oldu
Azərbaycan QHT-lərinin BMT tədbirlərində iştirakı müzakirə edilib