logo

Polis “Papanin” və “Kubinka”da 8 narkotaciri saxlayıb

11:55 10-03-2023 | icon 1176
Polis “Papanin” və “Kubinka”da 8 narkotaciri saxlayıb

“Papanin” və “Kubinka”da narkotik vasitələrin satışı, eləcə də gənclər arasında təbliği ilə məşğul olan daha 8 nəfər saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nəsimi rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçiriblər. Narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 8 nəfər – Elnarə Əliyeva, Ələkbər Abuzərov, Cavad Quliyev, Nəcməddin Mehdiyev, Rüfət Quliyev, Zöhrab Dadaşbalayev, Vaqif Abdullayev və Ədalət Həsənov qeyd edilən ünvanlarda saxlanılıblar. Həmin şəxslərdən külli miqdarda heroin, tiryək, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlar narkotik vasitələri şəxsi istifadələri ilə yanaşı, paytaxt ərazisində onlayn yolla satmaq məqsədilə əldə etdiklərini bildiriblər. Əməliyyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib.

Faktlarla bağlı toplanan materiallar Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.