X Qlobal Bakı Forumu panel iclasları ilə davam edir
"Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumu martın 10-da işini panel iclaslarla davam etdirir.
YeniAvropa xəbər verir ki, Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyevin moderatorluğu ilə keçirilən panel iclasında “Yeni qlobal səhiyyənin qurulması struktur: sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusu müzakirə edilib.
İclasa videoçarx vasitəsilə qoşulan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus pandemiyasından sonra həyatın bərpa mərhələsində olduğunu deyib: “Son dövrlərdə ÜST-nin əsas məqsədi gələcək pandemiyalara qarşı daha da hazırlıqlı olmaqdır. COVID-19 bir daha göstərdi ki, sağlamlıq hər şeydən daha vacibdir. Biz bütün ölkələri təşviqi, təminatı, qorunmanı, səlahiyyətlənməni və icra (5P) planını nəzərə almağa çağırırıq. Səhiyyə sisteminin səviyyəsini artırmaq üçün ölkələr təchizatla təmin olunmalıdır”.
Tedros Adhanom Qebreyesus, eyni zamanda, ilkin tibbi yardımın vacibliyini vurğulayıb. “İlkin tibbi yardımın düzgün aparılması bir çox məsələdə həyatları xilas edə bilər. ÜST-nin ölkələr üçün koronavirusla bağlı 300-dən çox tövsiyəsi oldu və bu tövsiyələrin nəticəsində bu sahədə irəliləyişlər müşahidə edildi. Həmin dövrdə pandemiya üçün beynəlxalq səviyyədə fond yaradıldı. ÜST sağlamlıq naminə dövlətlərə kömək etməyə davam edəcək. Bu il ÜST-nin yaradılmasının 75-ci il dönümüdür. 75 il əvvəl dövlətlər belə bir birgə qərar qəbul ediblər ki, sağlamlıq bütün insanların hüququdur”.
İclas davam edir.
Yardımlıdan Bakıya 4 kq narkotika gətirərkən yaxalandı
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 102-ci günü
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan Avropa Şurasının daha bir konvensiyasını imzalayıb
Ağır atletlərimiz dünya çempionatına yollanır
13 cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində iştirak edəcək
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 100-cü günü
21 mart Beynəlxalq Novruz Günüdür
Azərbaycana bahar gəldi
Arvadını öldürdü, sonra da könüllü təslim oldu
Azərbaycan QHT-lərinin BMT tədbirlərində iştirakı müzakirə edilib
Şuşaya ilk turist səfəri təşkil olunub
İlham Əliyev Tərtərin Talış kəndində Novruz tonqalını yandırıb və xalqa müraciət edib
Sabah Bakıda şimal küləyi əsəcək, 18° isti olacaq
Bakıdan Qəbələyə ilk sürətli sərnişin qatarı yola düşüb
Ötən ay Azərbaycandan 6,4 milyon ton neft nəql olunub
Mehriban Əliyeva Tərtərin Talış kəndindən paylaşım edib
Ermənistan ATƏT-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu pisləyən bəyanatın qəbuluna mane olub