İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Prezident İlham Əliyev martın 8-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Migel Anxel Moratinos, ilk növbədə, BMT-nin baş katibi Antonio Quterreşin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını BMT-nin baş katibinə çatdırmağı xahiş edib.
Migel Anxel Moratinos BMT-nin Sivilizasiyalar Alyansı ilə ölkəmiz arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirib, imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq müxtəlif sahələrdə təmasların həyata keçirildiyini vurğulayıb. O, BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətini daim dəstəklədiyinə görə dövlət başçısına təşəkkürünü bildirib.
Qonaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edərək, bu Mərkəzin artıq beynəlxalq səviyyədə tanınmış və böyük nüfuza malik bir təsisat rolunda çıxış etdiyini deyib.
Migel Anxel Moratinos Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda Zirvə görüşünün uğurla keçirildiyini qeyd edib.
O, BMT-nin Sivilizasiyalar Alyansının “One Humanity” təşəbbüsü barədə məlumat verərək, bu çərçivədə dünyanın müxtəlif şəhərlərində konsert proqramlarının təşkil ediləcəyini deyib və bu xüsusda da ölkəmizlə əməkdaşlığa hazır olduğunu bildirib.
Prezident İlham Əliyev Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında çox sıx əməkdaşlığın həyata keçirildiyini qeyd edərək, ölkəmizin bundan sonra da Alyansın fəaliyyətini dəstəkləyəcəyini vurğulayıb.
Qoşulmama Hərəkatının Bakıda keçirilmiş son Sammitinin çox səmərəli olduğunu deyən dövlət başçısı bu ilin sonunda Azərbaycanın Hərəkata sədrliyinin başa çatacağını bildirib və ölkəmizin sədrlik dövründə çox yaxşı bir irs qoyduğunu deyib.
Prezident İlham Əliyev Azərbaycanda ənənəvi keçirilən və COVID-19 pandemiyasına görə müvəqqəti təxirə salınan Mədəniyyətlərarası Dialoq Forumunun da gələn ildən bərpa olunacağını, bu xüsusda ölkəmizlə BMT-nin Sivilizasiyalar Alyansının əməkdaşlığının davam edəcəyinə əminliyini bildirib.
Görüşdə Azərbaycanın zəngin irsi və təcrübəsi əsasında dünya səviyyəsində sivilizasiyalar və mədəniyyətlər arasında dialoq prosesinə verdiyi töhfə qeyd edilib.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Misir prezidenti İlham Əliyevə zəng edib
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 103-cü günü
Üstündə “Kalaşnikov” gəzdirən Ağcabədi sakini həbs edilib
Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib
Bu gün “EURO-2024”ün seçmə mərhələsinə start veriləcək
Yardımlıdan Bakıya 4 kq narkotika gətirərkən yaxalandı
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 102-ci günü
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan Avropa Şurasının daha bir konvensiyasını imzalayıb
Ağır atletlərimiz dünya çempionatına yollanır
13 cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində iştirak edəcək
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 100-cü günü
21 mart Beynəlxalq Novruz Günüdür
Azərbaycana bahar gəldi
Arvadını öldürdü, sonra da könüllü təslim oldu
Azərbaycan QHT-lərinin BMT tədbirlərində iştirakı müzakirə edilib