logo

Əli Əsədov Timor-Lestenin prezidenti ilə görüşüb

13:34 08-03-2023 | icon 917
Əli Əsədov Timor-Lestenin prezidenti ilə görüşüb

Martın 8-də Azərbaycan Respublikasının baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Timor-Leste Demokratik Respublikasının prezidenti Jose Ramos Horta ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb.

Timor-Leste prezidentinin Azərbaycana ilk səfərinin iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə ümidvarlıq ifadə edilib.

Prezident Jose Ramos Hortanın Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə görüşü zamanı müzakirə edilmiş məsələlərə, həmçinin ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə perspektivlərinə dair fikir mübadiləsi aparılıb.