logo

Bakıda fərdi yaşayış evində yanğın olub

10:50 08-03-2023 | icon 931
Bakıda fərdi yaşayış evində yanğın olub

Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində yerləşən fərdi yaşayış evi yanır.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən(FHN) məlumat verilib.

FHN-in "112" qaynar telefon xəttinə evdə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir. Əlavə məlumat veriləcək.