logo

Masallıda 22 il əvvəl törədilmiş cinayətin üstü açılıb

10:10 08-03-2023 | icon 882
Masallıda 22 il əvvəl törədilmiş cinayətin üstü açılıb

22 il əvvəl Masallıda törədilmiş quldurluq cinayətinin üstü açılıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya bildirilib ki, 2001-ci il fevral ayının 16-da saat 21 radələrində Masallı rayonunun Yeyenkənd kəndində yaşayan Gülhüseyn Nəcəfovun evinə girmiş 3 nəfər maskalı şəxs onu avtomat və lüləsi kəsilmiş tüfənglə hədələyib, 500 ABŞ dolları, rubl (məbləği müəyyənləşdirilir) pul, qızıl üzük və mobil telefonunu alaraq hadisə yerini tərk etmişlər.

Faktla bağlı elə həmin vaxt CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Qeydolunan cinayətin törədilməsi ilə əlaqədar bu günlərdə daxil olmuş əməliyyat məlumatları əsasında Masallı RPŞ əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə cinayəti törədənlərin şəxsiyyəti müəyyən olunub. Belə ki, Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş 1964-cü il təvəllüdlü Cəlal Qəhrəmanov tutulmuş, cinayəti törətməkdə şübhəli bilinən digər iki nəfərin - 1967-ci il təvəllüdlü Cümşüd Nəzərovun və 1969-cu il təvəllüdlü Elşən Abbasovun vəfat etmələri məlum olub.

Tutulmuş C.Qəhrəmanov 22 il əvvəl birgə törətdikləri quldurluq cinayətini etiraf edib.