logo

XİN İrana cavab verdi: Nizami Gəncəvi böyük Azərbaycan şairidir

17:27 07-03-2023 | icon 1092
XİN İrana cavab verdi: Nizami Gəncəvi böyük Azərbaycan şairidir

Nizami Gəncəvi böyük Azərbaycan şairi və mütəfəkkiridir. O, bütün həyatı boyu Azərbaycanın qədim şəhəri Gəncədə yaşayıb. Nizami Gəncəvi Azərbaycanda milli səviyyədə dərin hörmət qazanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə özünün "Twitter" hesabında məlumat paylaşıb.

A.Hacızadə, həmçinin qeyd edib: “Bu həftə Azərbaycanda X Qlobal Bakı Forum keçiriləcək və Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunacaq”.