logo

Azərbaycanda daha 53 nəfər koronavirusa yoluxub,6 nəfər ölüb

16:16 07-03-2023 | icon 2597
Azərbaycanda daha 53 nəfər koronavirusa yoluxub,6 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 53 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 418 nəfər müalicə olunaraq sağalıb, hazırda 230 aktiv xəstə var. Bu günə qədər 10 135 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 664, bu günə qədər isə ümumilikdə 7 534 623 test icra olunub.