logo

Sabah Latviya prezidenti Azərbaycana rəsmi səfərə gəlir

11:44 07-03-2023 | icon 1358
Sabah Latviya prezidenti Azərbaycana rəsmi səfərə gəlir

Latviya prezidenti Eqils Levitsin Azərbaycana səfər proqramı açıqlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Latviya prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Eqils Levits martın 8-9-da Azərbaycanda rəsmi səfərdə olacaq.

O, səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək və X Bakı Qlobal Forumunun açılışında iştirak edəcək.

Qeyd olunub ki, həmçinin Latviya prezidenti ADA Universitetini ziyarət edəcək, iş adamları ilə görüşlər keçirəcək, İ.Kruminas və R.Deqatinin sərgilərinə baş çəkəcək.

Eləcə də E.Levitsin Yazep Medınışa həsr olunmuş xatirə lövhəsinin açılışında iştirak edəcəyi nəzərdə tutulur.

“30 ildir ki, Latviya və Azərbaycan arasında sıx ikitərəfli münasibətlər var. Azərbaycan prezidentinin və Qlobal Bakı Forumunun təşkilatçılarının dəvəti ilə baş tutacaq səfər iki ölkəyə regional təhlükəsizliyə dair cari çağırışları, həmçinin bərpa olunan enerji sahəsində ümumi tərəqqi nəzərə alınmaqla enerji sektorunda əməkdaşlığı müzakirə etmək imkanı verəcək”, - deyə məlumatda qeyd edilib.