logo

Bakıda AFFA-nın hesabat konfransı keçirilir

11:33 07-03-2023 | icon 1554
Bakıda AFFA-nın hesabat konfransı keçirilir

Bakıda AFFA-nın hesabat konfransı öz işinə başlayıb.

YeniAvropa xəbər verir ki, konfransın gündəliyinə İcraiyyə Komitəsinin prezidenti tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq edilməsi, maliyyə hesabatlarının təsdiqi, müstəqil auditorun hesabatını nəzərə almaq, hər hansı vakant vəzifəyə seçkilər, AFFA üzvlərinin təkliflərinin qəbul olunması və digər məsələlər daxil edilib.

Tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezidentlər Rauf Əliyev, Elşad Nəsirov, Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, gənclər və idman naziri Fərid Qayıbov iştirak edirlər.