logo

Sürücülük vəsiqəsi olmadan ictimai nəqliyyatı idarə edən şəxs həbs olunub

09:49 07-03-2023 | icon 938
Sürücülük vəsiqəsi olmadan ictimai nəqliyyatı idarə edən şəxs həbs olunub

Masallıda rayondaxili marşrut üzrə hərəkət edən “Mercedes” markalı mikroavtobusda sərnişindaşıma qaydaları pozulduğu üçün nəqliyyat vasitəsi rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya bildirilib verilən məlumata görə, müəyyən olunub ki, həmin marşrut xətti üzrə mikroavtobusla sərnişin daşıyan Masallı rayon sakini Ramal Hüseynovun sürücülük vəsiqəsi yoxdur. Onun barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsinə əsasən 15 gün müddətində inzibati qaydada həbs edilib.