logo

Azərbaycanda daha 9 nəfər koronavirusa yoluxub

16:36 06-03-2023 | icon 2723
Azərbaycanda daha 9 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 9 yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 828 min 730 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 386 nəfər müalicə olunaraq sağalıb, 10 min 129 nəfər vəfat edib. Aktiv xəstə sayı 215 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 614, bu günə qədər isə ümumilikdə 7 milyon 532 min 959 test icra olunub.